AZ

"Elə bildik zəlzələ oldu" - Bakıda ağır qəzanın şahidləriVİDEO

Maşınlar toqquşdu.. bir avtomobil aşdı.. Ərazidə güclü yanğın oldu.

Xezerxeber.az xəbər verir ki, hadisə gecə saatlarında Nizami rayonu Bəkir Çobanzadə 45 ünvanında baş verib.

Boru zədələndiyindən bu gün səhər saatlarından aidiyyatı qurum tərəfindən bərpa işləri həyata keçirilib. Qəza zamanı bəzi ziyan dəymiş ağaclar isə budanıb.

Xəsarət alan  sürücü Asif Qarayevin səhhəti ilə bağlı Təbib-dən qeyd edildi ki  o Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Döş qəfəsinin və çanağın küt travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
9
1
xezerxeber.az

2Mənbələr