AZ

Təhsil ocağında işçi direktorla mübahisədən sonra özünə xəsarət yetirib?VİDEO

İşçi direktorla mübahisə edib özünə xəsarətlər yetirdi. İnsident Sənaye və Texnologiya Kollecində baş verib.

Xezerxeber.az-ın xəbərinə görə, 25 ildir kollecdə lobarnt kimi çalışan Natavan Səmədova iddia edir ki, münasibətlərin gərginləşməsinə səbəb yeni təyin olunmuş direktorun texniki işçilərin maaşlarına edilən əlavəni dayandırmaq qərarı olub.

Natavan Səmədova iddia edir ki, Nasim Abışov 2025-ci ildə Sənaye və Texnologiya Kollecinə direktor təyin olunub və bir müddətdir ki, kollecin müəllim və digər əməkdaşları ilə problemlər yaşayır.

470 manat maaşa işlədiyini deyən laborant bildirir ki, o bu qərardan sonra ikinci  qrup əlil olmasını, azyaşlı övladı ilə birgə kirayə yaşadığını, həyat yoldaşının işsiz olduğunu direktora bildirib.

İddiasına görə, direktor Nasim Abışov  laborantın müracitinə məhəl qoymayıb. Bundan sonra tərəflər  arasında münasibət gərginləşib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
33
7
xezerxeber.az

10Mənbələr