Astarada itkin düşmüş balıqçıların axtarışı davam edir.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Astarada itkin düşmüş hesab edilən balıqçıların tapılmasına dair yayılan məlumatlar həqiqəti əks etdirmir.
9 dekabr səhər saat 8-dən itkin düşmüş hesab olunan Turan və Ağadədə Həsənovların yaxını Sübhan Həsənov bildirib ki, axşam saatlarında bəzi sosial şəbəkə səhifələrində balıqçıların tapılması barədə yanlış xəbərlər yayılıb.
Onun sözlərinə görə, ailənin balıqçılar barədə heç bir məlumatı yoxdur və bu cür xəbərləri yayanların məqsədi axtarışların dayandırılmasına nail olmaqdır. Əlavə edib ki, aidiyyəti qurumların nümayəndələri az əvvəl ailə üzvləri ilə görüşüblər və onlardan axtarışların dayandırılmaması xahiş olunub.