AZ

“İnter Mayami” Rodriqo de Paulunu birdəfəlik transfer etdi

“İnter Mayami” yarımmüdafiəçi Rodriqo de Paulun transferində icarə opsiyasını istifadə edərək onu daimi heyətinə qatıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə məlumat MLS-in rəsmi saytında yer alıb.

Tezliklə 31 yaşlı futbolçunun müqavilə müddəti barədə ətraflı məlumat veriləcək.

Yayda “Inter Mayami” de Paulu “Atletiko”dan icarəyə götürmüşdü. Argentinalı futbolçu MLS-də komanda ilə 23 matç keçirib, 2 qol vurub və 7 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “İnter Mayami” yaxınlarda MLS Kubokunu qazanıb. Finalda Lionel Messi, Rodriqo de Paul və digər oyunçular “Vankuver”i 3:1 hesabı ilə məğlub ediblər.

Seçilən
24
90deqiqe.az

1Mənbələr