AZ

Dayanacaq olmadığı üçün yağışın altında avtobus gözləyirlər AYNA dan AÇIQLAMA FOTO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2 gün əvvəl intensiv yağışlı hava şəraiti zamanı Bakıda “Azneft dairəsi” adlanan ərazisində sərnişinlər yağışın altında avtobus gözləməli olublar. Avtosfer.az "Ölkə.az"a istinadən xəbər verir ki, bununla bağlı fotolar sosial şəbəkələrdə yayılıb. Qeyd edilib ki, ərazidə dayanacaq quraşdırılmadığından çox sayda insan yağışın altında qalıb. Havaların soyuduğunu və qarşıda yağışlı günlərin çox olacağını nəzərə alaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumdan saytımıza bildirildi ki, sözügedən ərazidə dayanacaq nişanı mövcuddur, dayanacaq pavilyonu da quraşdırılacaq. Lakin pavilyonun nə zaman quraşdırılacağı barədə hər hansı məlumat verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
5
avtosfer.az

6Mənbələr