AZ

Bakıda evdən qadın meyiti TAPILDI

Bakıda daha bir evdən meyit tapılıb.

Bizim.Media xəbər verir ki, hadisə Xətai rayonu, Mingəçevir küçəsində qeydə alınıb.

44 yaşlı Aytəkin Fəxrəddin qızı Mirzəyevanın meyiti səhər saat 8 radələrində yaşadığı evdə tapılıb. Mərhumun hansı səbəblə öldüyü bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün Bakının Binəqədi və Nərimanov rayonlarında da evlərdən meyit tapılması barədə xəbər vermişdik. (lent.az)

Bizim.Media

Seçilən
101
5
bizim.media

6Mənbələr