AZ

Yanvarda beynəlxaq hərbi qüvvələr Qəzzaya daxil olacaq –Reuters

Beynəlxalq sabitləşdirmə qüvvələri gələn ayın əvvəlində Qəzza zolağına yerləşdirilə bilər.

AzPost -un məlumatına görə, bu barədə BMT mandatı altında qüvvələrin yaradılması ilə bağlı danışıqlarda iştirak edən iki ABŞ rəsmisi Reuters agentliyinə bildirib.

Mənbələrə görə, beynəlxalq sabitləşdirmə qüvvələrinin terrorçu HƏMAS qruplaşmasına qarşı döyüş əməliyyatlarında iştirak etməyəcək. Vaşinqtonda qüvvələrin ölçüsü, tərkibi, yerləşdirmə zonaları və döyüş qaydaları ilə bağlı müzakirələr davam edir. Missiyaya komandanlıq etmək üçün ABŞ generalının təyin edilməsi ehtimalı da nəzərdən keçirilir, lakin hələlik yekun qərar verilməyib.

Beynəlxalq kontingentin yerləşdirilməsi 10 oktyabrda qüvvəyə minən atəşkəsdən sonra başlanan razılaşmaların növbəti mərhələsinin əsas elementi kimi qəbul edilir.

İndoneziya artıq 20.000-ə qədər əsgər göndərməyə hazır olduğunu açıqlayıb. İndoneziya tərəfinin fikrincə, onlardan əsasən səhiyyə və yenidənqurma işlərində istifadə etmək olar. İndoneziya Müdafiə Nazirliyinin sözçüsü Riko Sirayt layihənin planlaşdırma və hazırlıq mərhələsində olduğunu və gələcək qüvvələrin təşkilati strukturunun hələ də hazırlandığını bildirdi.

Müzakirə olunan plana əsasən, İsrail qoşunları demilitarizasiya olunduqca anklavdan tədricən çıxacaq. BMT Təhlükəsizlik Şurasının 17 noyabr tarixli qətnaməsi Sülh Şurasına beynəlxalq idarəetmə strukturları yaratmaq və İsrail və təlim keçmiş Fələstin polis qüvvələri ilə birlikdə Qəzzada hərbi infrastrukturun yenidən qurulmasının qarşısının alınmasını təmin etmək səlahiyyəti verib.

 

AzPost.az

Seçilən
9
1
azpost.info

2Mənbələr