Bir çoxları Yeni il gecəsini müxtəlif restoranlarda keçirməyə üstünlük verir. Bu səbəbdən Bakıda fəaliyyət göstərən məkanların 31 dekabr gecəsi üçün müəyyən etdiyi qiymətlər xüsusi maraq doğurur.
Metbuat.az paytaxtda yerləşən bəzi məşhur restoranların Yeni il gecəsi üçün qiymətlərini araşdırıb təqdim edir: * "Mangal Steak House" – 1 nəfər üçün 400 manat.* "Chinar" – hər nəfər üçün minimum sifariş 350 manat.* "Ocakbaşı Mangal" – 1 nəfərlik menyu 250 manatdan başlayır. Səhnə yaxınlığı və pəncərə kənarı masalar 300–350 manatdır. 5 yaşadək uşaqlar üçün ödəniş yoxdur.* "Chayki" – 1 nəfər üçün 300 manat. 5–12 yaş arası uşaqlar üçün 150 manatdır.* "Manzara Baku" və "Ruby360" – pəncərə kənarı masalar 300 manat, orta masalar 250 manat.* "Cıdır Baku" – menyu və şou proqram daxil olmaqla 150, 200 və 250 manatlıq üç paket. * "Terras", səhnə önü masalar: 250 manat, arxa masalar: 200 manat; Zal: pəncərə kənarı 150 manat depozit, digər masalar 100 manat depozit, Uşaqlar uşaq stolunda ödənişsiz, masada oturarsa tam ödəniş edir. Zal üçün uşaqlara 75 manat tətbiq olunur.* "Ada Restoran" – 150–180 manat aralığında, qiymətə menyu və şou proqram daxildir.* "Societe Baku" – 1 nəfər üçün 150 manat, şou proqram daxildir. 6 yaşadək uşaqlar pulsuz, 7–14 yaş arası 50% endirimlidir.* "Khan Baku" – 1 nəfərlik tarif 120–140 manat.* "Çanaqqala" – 80–130 manat. 5 yaşadək uşaqlar pulsuz, 6–10 yaş arası yarım qiymət, 10 yaşdan yuxarı tam ödəniş.* "The Gallery Baku" – 80–100 manat.* "Prive Steak Gallery" – 1 nəfər üçün 100 manat; 6–12 yaşlı uşaqlar üçün 50 manat.* "Gunaydın Baku" və "Central Baku" – standart menyu qiymətləri ilə xidmət göstərəcək.Sevinc İbrahimzadə / Metbuat.az