“Leyptsiq”in yeni baş direktoru məlum olub.
"Football-plus.az" xəbər verir ki, Almaniya klubunun rəsmi məlumatına əsasən, bu vəzifəyə Tatyana Henni təyin olunub. Bu qərar Almaniya futbolu üçün tarixi əhəmiyyət daşıyır. Çünki Henni ölkə futbolunda peşəkar klub səviyyəsində rəhbər postuna gətirilən ilk qadın olacaq.
Xatırladaq ki, keçmiş futbolçu olan Henni İsveçrə yığmasının heyətində 24 oyun keçirib. O, 2023-cü ildə ABŞ Milli Qadınlar Futbol Liqasında da fəaliyyət göstərib.
Henni yeni vəzifəsinin icrasına rəsmən 2026-cı il yanvarın 1-dən başlayacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta