Rusiyada yenidən güclü zəlzələ olub.
NOCOMMENT.az xəbər verir ki, Rusiyanın Kamçatka diyarında 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, seysmik təkanlar Petropavlovsk-Kamçatski şəhərindən təxminən 271 kilometr uzaqlıqda baş verib.
Zəlzələnin ocağı 69,5 kilometr dərinlikdə yerləşib.