AZ

Havanın temperaturu 5-7 dərəcə enəcək -XƏBƏRDARLIQ

Dekabrın 13-ü axşamdan 14-ü gündüzədək Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

 

Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Temperatur ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

 

Həmin müddətdə Azərbaycanın rayonlarında da havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə qara keçəcəyi ehtimalı var.

 

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Seçilən
21
49
senzor.az

10Mənbələr