ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Türkiyənin Kütahya vilayətində özəl kömür mədənində yeddi işçi qazıntı zamanı yüksək qaz səviyyəsindən zəhərləniblər.
APA xəbər verir ki, Gediz şəhərində yerləşən mədəndəki fəhlələrin bəziləri oksigenlə zəngin əraziyə qaçmağı bacarıb.
Xilasetmə qrupları tərəfindən mədəndən xilas edilən işçilər müalicə üçün xəstəxanaya aparılıblar.
Hadisə ilə bağlı araşdırma başlanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.