BAKI, 13 dekabr.TELEQRAF
Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 2.79% ucuzlaşaraq 4.1130 ABŞ dollarına bərabər olub.
Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 2.78% artıb. Beləliklə, qazın meqavat-saatı 27.55 avro olub.