Dünyanın bir nömrəli polad istehsalçısı sayılan Çin gələn ildən etibarən bu məhsulun ixracını müəyyən çərçivəyə salmaq istəyir.
Publika.az xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb. Yanvarın 1-dən etibarən 300 adda qara metal məhsulunun ixracı üçün sertifikat və ixrac lisenziyası tələb olunacaq.
Nazirlik bildirir ki, yeni qərar bazardakı tələb və təklif nisbətini tarazlamağa xidmət edir.