BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllində əhəmiyyətli irəliləyişlər əldə edildiyini açıqlayıb.
TurkicWorld-un məlumatına görə, bunu o, ABŞ milli xokkey komandasının 1980-ci il Olimpiya çempionlarına fəxri medalların təqdim edilməsi mərasimində deyib.
"Biz çox şey etmişik, səkkiz müharibəni dayandırmışıq. <...> Hələ bir müharibə qalıb, düşünürdüm ki, [nizamlanma baxımından] ən asanı olardı <...>, bu, Rusiya və Ukraynadır. Amma biz çox irəliləyiş əldə etmişik", - deyə o bildirib.