Bakı. Trend:
Bu ilin oktyabr ayının sonuna olan vəziyyətə görə, AvropaYenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı layihələrportfeli 925 milyon avro təşkil edir və 34 layihəni əhatə edir.
Bu barədə TrendAYİB-ə istinadən xəbər verir.
Məlumata əsasən, bankın həmin layihələrdə iştirak payı 1 faiztəşkil edir, əməliyyat aktivlərinin həcmi isə 700 milyon avrosəviyyəsində qiymətləndirilir.
Portfelin ümumi dəyərində özəl sektorun payı 39 faizdir.
AYİB Azərbaycanda fəaliyyətə başladığı dövrdən etibarən ölkəiqtisadiyyatına ümumilikdə 3,694 milyard avro investisiya qoyub.Ayrılmış vəsaitlərin ümumi həcmi 3,421 milyard avro təşkiledir.
Bu günədək AYİB Azərbaycanda 199 layihənin həyata keçirilməsinədəstək göstərib.