AZ

İkardi “Milan”a keçə bilər

Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İkardi “Milan”a keçə bilər

“Qalatasaray”ın mərkəz hücumçusu Mauro İkardi karyerasını “Milan”da davam etdirə bilər. 

QOL.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto sosial şəbəkələrdə məlumat yayıb.

32 yaşlı forvard hücum xəttini gücləndirmək və mümkün olaraq Santyaqo Ximenesə əvəz tapmaq istəyən “rossoneri”yə təklif edilib. İkardinin özü də son vaxtlar İstanbul klubunda əsas heyətdə yerini itirdiyi üçün komandadan ayrılmaq variantını istisna etmir.

Qeyd edək ki, argentinalı futbolçu 2023-cü ilin iyul ayında “PSJ”dən 10 milyon avro qarşılığında “Qalatasaray”a transfer olunub. Cari mövsümdə İkardi klub səviyyəsində 20 oyunda meydana çıxıb və 7 qola imza atıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
50
qol.az

10Mənbələr