AZ

İkardi gedir, yoxsa qalır? -

“Qalatasaray”ın prezidenti Dursun Özbək komandasının Türkiyə Kubokunun yarımfinal qarşılaşmasında “Trabzonspor”a qarşı oynadığı matçdan razı qalıb. Dursun Özbək futbolçuların ünvanına təriflər yağdırıb. Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, klub prezidenti ötən yay gerçəkləşdirdikləri transferdən məmnun qaldığını dilə gətirib. “Yayda beş futbolçu aldıq. Bu gün beşi də sahədədir, beşi də uğurlarımız üçün tər axıdır”, - Dursun Özbək deyib.

“Qalatasaray”ın prezidenti argentinalı ulduz Mauro İkardi ilə bağlı sualı da cavablandırıb. O, təcrübəli qolçunun komandanın ən vacib oyunçularından biri olduğunu vurğulayıb: “İkardi hələ beş ay “Qalatasaray”ın formasını geyinəcək. Onun müqaviləsi yayda başa çatır. Zamanı gələndə qərarımızı verəcəyik”.

Seçilən
124
50
metbuat.az

10Mənbələr