Yenisabah portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycanın ehtiyatda olan hərbçisi, kapitan Həsənov Qafur Cəmaləddin oğlu Ukraynada həlak olub.
Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.
Bildirilib ki, Q.Həsənov 44 günlük Vətən müharibəsində Goranboy briqadasının tibb xidmət rəisi kimi xidmət edib.
O, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Q.Həsənov Azərbaycan Ordusundan ehtiyyata buraxılandan sonra, Rusiya getmiş, Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə döyüşüb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.