Rusiya Ermənistana taxıl idxalında liderlik edir: 2025-ci ilin yanvar-noyabr aylarında onun payı, erməni bazarına tədarüklərin ümumi həcminin 99,8% (366,4 min ton) təşkil edib. Qalan 0,2% taxıl (1731.23 ton) digər ölkələrdən gəlib. Buğda (1195.6 ton) Qazaxıstan, Belarus və Avstriyadan alınıb; Arpa (1.93 ton) – Avstriya, Almaniya və İtaliyadan; Qarğıdalı (533.7 ton) - Gürcüstan, Qazaxıstan, Ukrayna, Fransa və Avstriyadan.
Ermənistanın taxıl üçün orta illik tələbi təxminən 660 min tondur: bundan 460 min ton buğda, 106 min ton arpa, 93 min ton qarğıdalıdır.