AZ

Londonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib  

Londonda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir dahi şəxsiyyətin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Anım mərasimində Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov Ümummilli Lider Heydər Əliyevin həyat yolundan danışıb, onun Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərini vurğulayıb. Səfir bildirib ki, bütün həyatını Azərbaycan xalqının rifahına həsr edən dahi şəxsiyyət ölkəmizin iqtisadi, siyasi və mədəni inkişafının möhkəm təməlini qoyub.

“Əgər Heydər Əliyev olmasaydı, bu gün biz burada bu qədər əminliklə dayana bilməzdik. Azərbaycan ayaqda dura, torpaqlarını azad edən qalib dövlətə çevrilə bilməzdi. Bu, Azərbaycan xalqına bəxş olunmuş böyük bir nemətdir”,- deyə diplomat qeyd edib.

Elin Süleymanov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi-strateji kurs sayəsində Azərbaycan regionda güclü dövlətə çevrilib və bu xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli Liderin dövlətimiz üçün yaratdığı irs hər bir azərbaycanlı üçün böyük məsuliyyətdir və bu irs qorunaraq gələcək nəsillərə ötürülməlidir.

Seçilən
20
1
azerbaijan-news.az

2Mənbələr