AZ

Etiraf et ki, oynaya bilmirsən – “Qarabağ” hücumçusuna irad

İlqar Mikayıloğlu “Qarabağ”ın futbolçusu Nəriman Axundzadəyə səslənib.

KONKRET.az xəbər verir ki, o, aparıcısı olduğu “Günə bax” verilişində bu deyib:

“Nəriman, oğlum yaşındasan. Bilirsən səni niyə oyuna salırlar? Sənin transfer qiymətin var. Sənə Avropa klublarından kimlərsə elçi düşüb. Oyuna da ona görə daxil edirlər ki, özünü göstərə biləsən. Yaxşı oyununu görüb alsınlar deyə, bu adamlar əllərindən gələni edir. Sənə Qurban Qurbanov və məşqçi heyyəti şans verir ki, özünü tanıdasan. Sən isə meydana çıxırsan və səhvlərinə görə “Qarabağ” məğlub olur.

Özün də etiraf et ki, ya oynaya bilmirsən, ya da qəsdən zəyif oynayırsan ki, “Qarabağ”dan getməyəsən. Nəriman, oyuna çıxıb, aqibətini dəyişə biləcək oyunçu deyilsən. Azərkeş olaraq, Elvin Cəfərquliyevin necə yorulduğunu görürdüm. Səni də bəy kimi oyuna çıxardırlar, lakin heç nə edə bilmirsən. Aldığın pulun haqqını verməlisən”. //Yenisabah

Seçilən
16
4
konkret.az

5Mənbələr