Dekabrın 13-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Aznews.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ölkə ərazisinin bəzi yerlərində gecə və səhər saatlarında arabir yağış, Sarıbaşda (Qax) isə qar yağıb.
Düşən yağıntının miqdarı Qubada 4, Şabran, Ordubad, Culfa, Xaçmaz, Qusar, Naxçıvan, Sədərək, Şahbuz, Qobustan, Lənkəran, Gədəbəy, Balakən, Xaltan, İmişli, Yardımlıda 3, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.