AZ

İmamoğlunun məhkəmə prosesi 12 il uzana bilər - KİV

Bakı. Trend:

İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlu barəsindəkorrupsiya ittihamı üzrə məhkəmə prosesinin başlanması 9 mart2026-cı il tarixinə planlaşdırılır və proses 12 il 6 aya qədəruzana bilər.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, iş üzrə ümumilikdə 105 nəfər təqsirləndirilənşəxs qismində cəlb olunub, 400-dən çox şəxs isə şahid kimidindirilib.

Qeyd edilir ki, məhkəmə prosesinin 4,6 min gün çəkə biləcəyinəzərə alınıb. Məhkəmə iclasları İstanbulun Silivri rayonundayerləşən və hazırda İmamoğlunun saxlanıldığı həbsxananın ərazisindəkeçiriləcək.

İmamoğlu cinayətkar təşkilat yaratmaqda, rüşvət almaqda, cinayətyolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasında, dövlətqurumları və təşkilatlarına ziyan vurmaqla dələduzluqda, habeləşəxsi məlumatlarla bağlı bir sıra hüquq pozuntularında, cinayətişləri üzrə sübutların gizlədilməsində və tenderlərin keçirilməsizamanı əlbir olmaqda ittiham olunur. İttiham tərəfi onun üçün 2 352ilədək azadlıqdan məhrumetmə cəzası tələb edir.

Seçilən
38
4
az.trend.az

5Mənbələr