AZ

Azərbaycanda mənzil tikintisinə investisiyalar 19%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitalayönəldilmiş investisiyalardan tikinti sektoruna 3,921 milyard manatsərf olunub.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə 2,7% azdır.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyalarınyekunda xüsusi çəkisi 23,5%-ə bərabər olub.

Hesabat dövründə tikinti sektoruna yatırılmış investisiyanın2,623 milyard manatı mənzil tikintisinə yönəldilib ki, bu da2024-cü ilin ilk 11 ayındakı göstəriciyə nəzərən 18,8% artımdeməkdir.

Dövr ərzində mənzil tikintisi üzrə əsas kapitala yönəldilmişinvestisiyaların yekunda xüsusi çəkisi 15,7%-ə bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala 16,659 milyard manat və ya 2024-cü ilinmüvafiq dövrü ilə müqayisədə 3 faiz çox investisiya yönəldilib.Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,5 faizazalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmiisə 8,3 faiz artıb.

Ümumi sərmayənin 8,421 milyard manatı və ya 50,6 faizi məhsulistehsalı sahələrinin, 5,614 milyard manatı (33,7 faizi) xidmətsahələrinin, 2,623 milyard manatı (15,7 faizi) isə yaşayışevlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 51,1 faizidövlət, 48,9 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindənqoyulub. Sərmayə qoyuluşunun 76,2 faizi tikinti-quraşdırma işlərinəsərf edilib.

Seçilən
78
1
az.trend.az

2Mənbələr