AZ

Avtomobilini təmir edərkən altında qalıb öldü

Gəncədə dekabrın 12-də baş verən bədbəxt hadisə zamanı bir nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində qeydə alınıb.

1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov öz avtomobili  "VAZ-21011" markalı maşını təmir etdiyi zaman qaldırıcı sıradan çıxıb və avtomobil onun üzərinə düşüb. Nəticədə o, hadisə yerində ölüb.

Hadisə ilə bağlı Gəncə şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Seçilən
28
2
ucnoqta.az

4Mənbələr