BAKI, 13 dekabr. TELEQRAF
İngiltərənin “Çelsi” komandasının futbolçusu Mixaylo Mudrık karyerasını Türkiyədə davam etdirə bilər.
Teleqraf “Eagle Media"ya istinadən xəbər verir ki, ukraynalı yarımçüdafiəçiyə “Beşiktaş” maraq göstərir.
İstanbul təmsilçisi yanvarsa transfer danışıqlarına başlamağa hazırdır.
Qeyd edək ki, Mixaylo Mudrik 2024-cü ilin dekabrından dopinq testinin müsbət nəticə verdiyi üçün cəzalıdır. Onun diskvalifikasiyası yanvarın 17-də başa çata bilər.