Bakı. Trend:
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam AllahşükürPaşazadə dekabrın 13-də Səudiyyə Ərəbistanı Krallığına səfərə yoladüşür.
Bu barədə Trend-ə QMİ-nin Mətbuat Xidmətindən məlumatverilib.
Bildirilib ki, səfərdən məqsəd Krallığın paytaxtı Ər-Riyadşəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının XI QlobalForumunda iştirak etməkdir.
14 dekabrda keçiriləcək BMT Sivilizasiyalar Alyansının XI Forumu“Çoxqütblü dünyada bəşəriyyət naminə dialoqda qarşılıqlı hörmət vəanlaşmanın yeni erası” mövzusuna həsr olunub.
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel AnxelMoratinosun dəvəti ilə mötəbər forumda iştirak edən ŞeyxülislamA.Paşazadə məruzə ilə çıxış edəcək. Forum çərçivəsində QMİ sədrininbir sıra ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur.