AZ

27 yaşlı qadın abortdan sonra öldü

ain.az bildirir, Axar.az portalına istinadən.

Sumqayıtda 27 yaşlı qadının ailəsi onun abortdan sonra öldüyünü bildirib.

Axar.az Report-a istinadla xəbər verir ki, hadisə Sumqayıt Şəhər 1 nömrəli xəstəxananın doğum şöbəsində baş verib.

Bildirilib ki, 1998-ci il təvəllüdlü Zərifə Əliyeva abort məqsədilə xəstəxanaya müraciət edib. Tibbi prosedurdan sonra qadının vəziyyəti kəskin pisləşib və aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
11
axar.az

10Mənbələr