AZ

Maduro ABŞ yə məşhur mahnı ilə cavab verdi VİDEO

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ ilə gərginlik yaşayan Venesuela lideri Nikolas Maduro səhnədə qeyri-adi çıxışı ilə gündəmə gəlib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, ABŞ-nin Venesuela sahillərində neft tankerini ələ keçirməsindən sonra keçirilən mitinqə qatılıb.

Mitinqdə ispan dilində "Mən müharibəyə qarşı olan Amerika vətəndaşları ilə danışıram”, - deyə Maduro söyləyib.

O, daha sonra 1988-ci ildə məşhur olan "Narahat olma, xoşbəxt ol"(Don't Worry Be Happy) mahnısını oxuyub.

Maduronun musiqi sədaları altında rəqs edən çıxışı ABŞ-yə verilən “narahat deyiləm" mesajı kimi şərh edilib.

Qeyd edək ki, ABŞ daha əvvəl Venesuela sahillərində neft tankerini ələ keçirib və göyərtədəki təxminən 60-100 milyon dollar dəyərində nefti müsadirə edəcəyini açıqlayıb.

Venesuela hökumət rəsmiləri ABŞ tanker əməliyyatını beynəlxalq səviyyədə "piratçılıq" və "resurs oğurluğu" kimi xarakterizə edib.

Karakas administrasiyası hadisəni "Venesuelanın təbii sərvətlərinə açıq-aşkar hücum" kimi qiymətləndirib.

Billurə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
2
olke.az

3Mənbələr