AZ

Cəhənnəmin “qapı”sı bu iki ölkənin sərhədində yerləşir FOTO

Bizim media saytına istinadən ain.az xəbər verir.

Rusiya-Norveç sərhədi yaxınlığında, Zapolyarnı şəhərindən on kilometr aralıda, dünyanın ən dərin quyusunun olduğu (12.000 metrdən çox) atılmış mədən yerləşir.Bizim.Media xəbər verir ki, rəsmi qeydiyyatda SG-3 adlandırılan mədəninin əvvəlcə 15.000 metr dərinliyə çatması planlaşdırılırdı və qazma işlərinin məqsədi planetin ən qədim süxurlarını və onların içərisində baş verən prosesləri öyrənmək idi.

 

Amma ərazidə işlər 1990-cı illərdə maliyyə çatışmazlığı səbəbindən dayandırıldı. Lakin sonralar qazıntıların başqa səbəbdən dayandırıldığı şayiələri dolaşmağa başladı.

Yayılmış çoxsaylı mistik-xəbərlərdən ən tükürpədicisi hətta o vaxtlar Finlandiya qəzetində də dərc olunmuş, sonradan Amerika radiostansiyasında yayımlanmışdı. Radiostansiya da "bütün məsuliyyəti" rus alimlərinin üzərinə qoyaraq bildirmişdi ki, cəhənnəmə aparan bir portal kəşf edilib.Başqa bir fərziyyəyə görə isə, hətta quyudan iblis çıxdığını da görənlər olub.Bu mistik nəzəriyyədən sonra bir müddət əvvəl “Youtube”da yerləşdirilmiş qəribə iniltiyə bənzər səslərin “cəhənnəmdən gələn günahkarların" iniltiləri və fəryadları yayılmağa başladı.

 

Halbuki mütəxəssislər, bunun dərinliklərdə atılıb qalmış nasaz avadanlığın müxtəlif təzyiq və ya sürüşmələrdə çıxardığı səs olduğunu bildirirdilər. Həm də şaxtada işlər zamanı akustik mikrofonlardan istifadə edilməmişdi.

Buna baxmayaraq insanlar arasında dolaşan iddialar hələ də aktuallığını qoruyur, üstəlik əraziyə turist axınına da şərait yaradır.

Şəfiqə Şəfa, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
2
bizim.media

10Mənbələr