AZ

Tayland–Kamboca sərhədində döyüşlər yenidən qızışıb » AzadMedia.az


Trampın atəşkəs elanından sonra Tayland–Kamboca sərhədində döyüşlər davam edir.

Bu barədə “Reuters“ məlumat yayıb.

Döyüşlər ABŞ Prezidenti Donald Trampın atəşkəsə vasitəçilik etdiyini bildirməsindən bir neçə saat sonra baş verib.

Taylandın Baş naziri Anutin Çarnvirakul şənbə günü döyüş təyyarələrinin hədəflərə zərbələr endirməsindən sonra Kamboca ilə mübahisəli sərhəddə mübarizəni davam etdirəcəklərinə söz verib.

“Cənub-Şərqi Asiya ölkəsi “torpaqlarımıza və xalqımıza qarşı artıq heç bir zərər və təhdid hiss etməyənədək hərbi əməliyyatları davam etdirəcək”, - Baş nazir vurğulayıb.
Seçilən
13
6
azadmedia.az

7Mənbələr