Onun sözlərinə görə, layihə həm Gürcüstan, həm də region üçün çox vacib rol oynayacaq.
"Düşünürəm ki, çox tezliklə bütün region - Azərbaycan, Türkiyə və Gürcüstan həm ölkəmiz, həm də region üçün çox vacib rol oynayacaq tarixi Bakı-Tbilisi-Qars layihəsinin açılışını qeyd edəcəklər. Bu layihənin möhtəşəm açılışı çox tezliklə baş tutacaq", - Kvrivişvili bildirib.
Bakı-Tbilisi-Qars dəmir yolu əsasən yükdaşımalar üçün istifadə olunur.