AZ

Hindistanda azarkeşlər Messiyə görə stadionu dağıdlb

Kalkuttadakı “Salt Leyk” arenasında təşkilatçılığa etiraz iğtişaşa çevriib...

Poliqon xəbər verir ki, Hindistanda Lionel Messinin iştirakı ilə bağlı keçirilən tədbirdən sonra azarkeşlər Kalkuttadakı, tutumu 70 min tamaşaçı olan “Salt Leyk” stadionunda iğtişaş törədiblər. The Guardian nəşrinin yazdığına görə, fanatlar tədbirin zəif təşkil olunduğunu əsas gətirərək tribunaları və stadion ərazisini dağıtmağa başlayıblar.

Məlumata görə, dekabrın 12-də Lionel Messi Hindistana onun şərəfinə ucaldılan 20 metrlik heykəlin açılış mərasimi üçün gəlib. Tədbir “Salt Leyk” stadionunda keçirilib. Messi heykəlin açılışını videoəlaqə vasitəsilə izləyib, daha sonra isə gücləndirilmiş mühafizə və polis nəzarəti altında stadionun meydançasında qısa gəzinti edib, tribunaları salamlayıb və təxminən 20 dəqiqə sonra arenanı tərk edib.

Azarkeşlər Messinin stadionda bu qədər qısa müddət qalmasından və onunla birbaşa ünsiyyətin olmamasından narazı qalıblar. Nəticədə bəzi fanatlar stadionu dağıtmağa başlayıb, meydana şüşə və plastik butulkalar atıblar. Polis vəziyyəti nəzarət altına almaq üçün əlavə qüvvələr cəlb edib.

Qeyd edək ki, Lionel Messi futbol tarixinin ən titullu oyunçularından biridir. O, “Barselona”nın heyətində 35 kubok qazanıb, Argentina milli komandası ilə altı titul əldə edib, həmçinin PSJ-də çıxış edərkən üç kubokun sahibi olub. Messi “Barselona” akademiyasının yetirməsidir və əsas komandada 2003–2021-ci illərdə çıxış edib. Bu müddətdə o, 835 oyunda 709 qol vurub.

Messi “Barselona” ilə dörd dəfə Çempionlar Liqasını qazanıb, 2022-ci ildə Argentina yığması ilə dünya çempionu olub, iki dəfə Amerika Kubokunun qalibi adını qazanıb və səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülüb.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr