AZ

Çin orbitə iki peyk buraxıb

Çin iki peykdən ibarət "Kuaizhou-11" raket daşıyıcısını uğurla orbitə buraxıb.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Chinadaily" nəşri məlumat yayıb.

Xəbərə görə, raketin buraxılışı Pekin vaxtı ilə səhər saat 09:08-də (Bakı vaxtı ilə 05:08 - red.) Çinin şimalındakı Tszyutsyuan Peyk Buraxılış Mərkəzindən həyata keçirilib. Bu, "Kuaizhou-11"in dördüncü uçuşudur.

Qeyd olunur ki, "Di'er-5" sınaq kosmik gəmisi və "Xiwang-5-2" peyki orbitə çıxarılıb.

Dördmərhələli bərk yanacaqlı raket "Kuaizhou-11" Çin Aerokosmik Elm və Sənaye Korporasiyası tərəfindən hazırlanıb. Raketin uzunluğu 25 metrdən çoxdur və aşağı Yer orbitinə 1.5 tona qədər faydalı yük daşıma qabiliyyətinə malikdir.

https://t.me/aznovost/149472?single

"Cebheinfo.az"

Seçilən
14
2
cebheinfo.az

3Mənbələr