AZ

Gəncədə avtomobil qadını vurub öldürdü – Kimliyi məlum oldu

Gəncədə baş verən piyada qəzasında ölən şəxsin kimliyi məlum olub.

NOCOMMENT.az -ın məlumatına görə, yol qəzasında dünyasını dəyişən şəxs 1996-ci il təvəllüdlü Məmmədova Rənadır.

***

Gəncədə piyada yol qəzasında ölüb.

NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində Mirzə Abbas Abbaszadə küçəsinin kəsişməsində qeydə alınıb.

Hərəkətdə olan yük avtomobili yolu keçmək istəyən 50-60 yaş arasında qadını vurub. Qadın hadisə yerində ölüb.

Məlumata görə, qadını vuran avtomobil
Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus olduğu bildirilir.

Hazırda qadının kimliyi dəqiqləşdirilir. Fakt araşdırılır.

Seçilən
30
1
nocomment.az

2Mənbələr