Dekabrın 14-ü günün birinci yarısında Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.