AZ

Vaşinqtonda adi yağış fəsadı, bizdə apokalipsis reaksiyası - REPLİKA- VİDEO

Bir neçə saat yağış yağır, paytaxt iflic vəziyyətə düşür. Yollardan sel axması bir yana, mağazalar, yanacaqdoldurma məntəqələri, ümumiyyətlə, bütün infrastruktur nöqtələri su altında qalır. Şəhərdə sanki həyat dayanır... 

 

Missiya.Az xəbər verir ki, dünyanın taleyini müəyyən edən dövlətin paytaxtından danışırıq. Bu görüntülər də elə Vaşinqtondandır. Təsəvvür edirsiniz? Xırdalan, Masazır deyil ey, az qala bütün dünyanın paytaxtı hesab olunan Vaşinqtondur – dünyaca məşhur tarixi yerləri, möhtəşəm abidələri, heyrətamiz muzeyləri, biznes və dərin mədəni həyatı olan əzəmətli şəhər. 

Dünyanın o biri ucunda baş verən olayların istiqamətini müəyyən edən binanın – Ağ Evin olduğu şəhər. Dünyanı robotlara təhvil vermək iddiasında olan nəhəng şirkətlərin fəaliyyət göstərdiyi yer. Kosmosla əlləşən SpaceX korporasiyasının, Tesla şirkətinin, X sosial şəbəkəsinin (Twitter) mərkəzi ofisinin və daha nələrin-nələrin yerləşdiyi paytaxt. Siyahını xeyli uzatmaq da olar. Bax, bu şəhərə yağış yağır və hər yeri su basır. Amma heç kəsin səsi çıxmır. Bizim Masazırda balaca gölməçə yaranan kimi qışqırıq səsləri qulaq batırır. Elə qışqırırıq ki, sanki apokalipsis yaşanır. Bir-iki günlük çətinliyi fəlakət kimi qəbul edirik yəni. Kanalizasiya, su xətləri olmayan ərazilərdə geydirmə sənədlərlə ev tikənlər belə, torpağa bir-iki damcı su dəyən kimi şivən qoparırlar. O saat artistlik məharətimiz işə düşür, “lodka” axtaran kim, gəmi sorağına çıxan kim...

Vaşinqtonda isə videodakı görüntünü yağışın artıq yağmasının fəsadı kimi qəbul edib təmkinli davranırlar. Halbuki istəsələr, dünyanın harasına desə, yağış yağdırar, yekə-yekə şəhərləri selin qabağına verərlər... İndi duraq deyək ki, Amerika yağış sularını idarə edə bilmir? Vaşinqtonda drenaj sistemləri təmizlənmir?...

 

Elcan

Missiya.Az

View this post on Instagram

A post shared by Missiya Media Group (@missiyatv_official)

Seçilən
163
missiya.az

1Mənbələr