AZ

Almaniya Polşaya qoşun göndərəcək

ain.az, Reyting.az portalına istinadən məlumat yayır.

Almaniya Rusiyanın yaratdığı təhlükə səbəbindən artan narahatlıqlar fonunda ölkənin şərq sərhədini möhkəmləndirmək layihəsinə kömək etmək üçün Polşaya bir qrup əsgər göndərəcək.

Reyting.az bildirir ki, Rusiyaya qarşı mübarizədə Ukraynanı fəal şəkildə dəstəkləyən Polşa ötən may ayında Belarus və Rusiyanın Kalininqrad anklavını əhatə edən sərhədinin uzun bir hissəsini möhkəmləndirmək planlarını açıqlayıb.

Müdafiə Nazirliyinin sözçüsü deyib ki, Polşadakı alman əsgərlərinin əsas vəzifəsi "mühəndislik işləri" olacaq:

“Buraya "istehkam tikmək, xəndəklər qazmaq, tikanlı məftil çəkmək və ya tank əleyhinə maneələr quraşdırmaq" daxil ola bilər”.

Sözçü göndəriləcək hərbçilərin dəqiq sayını açıqlamayıb.

Onların 2026-cı ilin ikinci rübündən 2027-ci ilin sonuna qədər layihədə iştirakları gözlənilir.

ELÇİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
reyting.az

1Mənbələr