AZ

Lukaşenko 123 xarici vətəndaşı ƏFV etdi

Ajans.az xəbər verir ki, bu barədə "BELTA"ya Belarus liderinin mətbuat xidmətindən bildirilib. "ABŞ Prezidenti Donald Trampla əldə edilmiş razılaşmalar çərçivəsində və onun xahişi ilə Belarus kalium sahəsinə qarşı qanunsuz sanksiyaların ləğv edilməsi ilə əlaqədar bu addımı atdıq. Eyni zamanda Belarus əleyhinə digər qanunsuz sanksiyaların ləğvi prosesinin praktik müstəviyə keçməsi ilə əlaqədar casusluq, terror və ekstremist fəaliyyətlə bağlı cinayətlər törətməkdə təqsirli bilinərək məhkum edilmiş 123 müxtəlif ölkə vətəndaşının əfv edilməsi barədə qərar qəbul edilib", - mətbuat xidməti bildirib.

Belarus Prezidenti tərəfindən noyabrın sonunda qəbul edilmiş qərarlar da daxil olmaqla, əfv edilmiş şəxslərin ümumi sayı 156 nəfər təşkil edir.

Seçilən
15
5
Ajans.az

6Mənbələr