AZ

Kurban Berdiyevin 50 ci oyunu və ilk istefa şüarı Tovuzlular qəzəbləndi + VİDEO

Mia.az saytına istinadən ain.az xəbər verir.

Bu gün Tovuz rayonunda "Turan-Tovuz"la "Sabah" qarşılaşmasında meydan sahiblərinn azarkeşləri baş məşqçini istefaya səsləyib.

Mia.az xəbər verir ki, qonaqların 3-cü cavabsız qolundan sonra tovuzlular Baş məşqçi Kurban Berdiyevi istefaya çağırıblar.

Stadionda olan əməkdşaımızın verdiyi məlumata görə, oyunun 69-cu dəqiqəsində qonaqlar daha bir qolu meydan sahiblərinin qapısından keçirib: "Bundan sonra "Turan" azarkeşləri baş məşqçi Kurban Berdiyevi istefaya səsləyib.

Yeri gəlmişkən, bu gün ilk dəfədi ki, azarkeşlər məğlubiyyətin acısını belə çıxarmağa çalışıb. İndiyədək Berdiyev heç bir məğlubiyyətdən sonra azarkeş təpkisi görməmişdi.

Maraqlıdı ki, bu gün Berdiyev baş məşqçi kimi 50-ci dəfədi ki, komandasını meydana çıxarıb.

Zülfiyyə Mustafayeva

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
mia.az

1Mənbələr