AZ

Limonlu suyun FAYDALARI - Kimlərə olmaz…

Məşhur “sağlamlıq rituallarından” biri sayılan isti limonlu su içməyin əsas faydaları açıqlanıb.

Paralel.az xəbər verir ki dietoloq Conatan Pertell elmi məlumatlara əsaslanaraq bu içkinin əslində orqanizmə necə təsir etdiyini və kimlərin daha diqqətli olmasını izah edib.

Ekspert aşağıdakı elmi cəhətdən sübut olunmuş faydaları sadalayıb:

• Daha yaxşı hidratasiya - Limonlu suyun xoş dadı maye qəbulunu artırmağa kömək edir, bu isə orqanizmin bütün sistemlərinin işləməsi üçün vacibdir.

• C vitamini mənbəyi - Bir limonun şirəsi gündəlik C vitamini tələbatının bir hissəsini ödəyir, immuniteti gücləndirir, kollagen sintezində iştirak edir.

• Böyrək daşlarının profilaktikası - Limon turşusu (sitrat) kalsium kristallarının əmələ gəlməsinin qarşısını alır və bəzi növ böyrək daşlarının yaranma riskini azaldır.

• Həzmə dəstək - Limonun təbii birləşmələri həzm şirələrinin ifrazını yüngül şəkildə stimullaşdıra və iltihabı azalda bilər.

• Dolayısı ilə çəkiyə nəzarət - İçki şəkərli, qazlı içkilərin sağlam alternatividir və yeməkdən əvvəl içildikdə toxluq hissini artıraraq çəkiyə nəzarətə kömək edə bilər.
Bəs limonlu su qəbulu ilə bağlı yayılmış miflər hansılardır?

• Limonlu su orqanizmi “qələviləşdirmir” — pH səviyyəsi orqanizm tərəfindən öz-özünə tənzimlənir.

• Limonlu su “yağları yandırmır” — belə təsir elmi olaraq sübut olunmayıb.
Vacib ehtiyat tədbirləri

• Turşuluq diş minasına zərərlidir. Riski azaltmaq üçün içkini boru ilə içmək və içdikdən dərhal sonra dişləri fırçalamamaq tövsiyə olunur.

• Qıcqırmanı artırə bilər. QERB (qastroezofageal reflüks) olan insanlarda limonlu su xəstəliyi kəskinləşdirə bilər.

• Dərmanların əks təsirinə səbəb ola bilər. Qreyfrut kimi, limon şirəsi də bəzi dərmanların təsirini dəyişə bilər. Buna görə də limonlu suyu müntəzəm istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.

Nəticə olaraq, limonlu su faydalı ola bilər, lakin bu, möcüzəvi bir vasitə deyil. İçkini fərdi əks-göstərişləri nəzərə alaraq balanslı qidalanmanın bir hissəsi kimi qəbul etmək lazımdır.

Seçilən
3
3
paralel.az

10Mənbələr