Azərbaycan Dövlət Kukla Teatrının rejissoru Səidə Haqverdiyeva həmin teatrın direktoru, həyat yoldaşı Rəşad Əhmədzadədən rəsmən boşanıb.
KONKRET.az xəbər verir ki, bu barədə rejissorun özü məlumat yayıb.
Səidə Haqverdiyeva 15 ildir çalışdığı teatrdan da ayrıldığını qeyd edib:
“Artıq Rəşad Əhmədzadə ilə nikahıma xitam verildi. İndi isə əziz teatrımla yollarımı ayırdım və işimdən ayrıldım.
Məni 10 illik ailəmi, 15 illik peşə yolumu tərk etməyə məcbur edənlərin nəzərinə:
“Bundan sonra məni heç nə ilə qısnaya, psixoloji təzyiq altına ala, susdurmağa cəhd göstərə bilməyəcəksiniz. Mən başıma gələn hər şeyi açıq və aydın şəkildə yazacağam. Heç nəyi gizlətmədən, bütün təfərrüatı ilə”.