AZ

Həndbol üzrə Azərbaycan çempionatlarında ikinci turun oyunları keçirilib

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatında II turun oyunları keçirilib.

İdman.Biz-in məlumatına görə, kişilərin yarışında “Qarabağ” “Azəryol”a (31:21), “Bakı” “Dinamo”ya (40:26), “Kür” “Təhsil”ə (38:28) qalib gəlib.

Qadınların turnirində “Kür” “Bakı”nı (54:11), “İdman Akademiyası” “Təhsil”i (43:16), “Azəryol” “Qarabağ”ı (46:27) məğlub edib.

İdman.Biz

Məqalədə:
Seçilən
12
4
idman.biz

5Mənbələr