AZ

Qəzzada HƏMAS ın komandanlarından biri öldürülüb

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrailin Müdafiə Ordusu Qəzza şəhərinə hava hücumu həyata keçirib.

"Cebheinfo.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aviazərbələr nəticəsində HƏMAS-ın silahlı qolu olan "İzəddin əl Qəssam"ın komandanlarından biri, Raad Saad öldürülüb.

Məlumata görə, İsrail ilə HƏMAS arasında oktyabrın 10-da atəşkəs barədə razılaşma əldə olunsa da, Qəzza zolağı hücumlara məruz qalır. Fələstinli mənbələr iddia edirlər ki, son hücumda Qəzza şəhərinin qərbində hədəf alınan avtomobilin vurulması nəticəsində azı 3 nəfər həlak olub.

İsrailin Müdafiə Ordusunun açıqladığı məlumatda isə hücum nəticəsində HƏMAS-ın silahlı qolu "İzəddin əl Qəssam"ın komandanlarından biri olan Raad Saadın öldüyü yer alıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
7
cebheinfo.az

8Mənbələr