Bakı. Trend:
Belarus Prezidenti Aleksandr Lukaşenko kalium sənayesinə qarşıABŞ-nin sanksiyalarının ləğvinə cavab olaraq müxtəlif ölkələrin 123vətəndaşını azadlığa buraxıb.
Trend xəbər verirki, bu barədə Belarus Prezidentinin Mətbuat Xidməti məlumatyayıb.
Məlumata görə, əfv olunanlar arasında Belarus müxalifətininliderlərindən biri olan Mariya Kolesnikova da yer alır.
Qeyd olunub ki, azadlığa buraxılan şəxslər daha əvvəl casusluq,terrorçuluq, ekstremist fəaliyyət və digər maddələr üzrə məhkumediliblər.
Xatırladaq ki, Aleksandr Lukaşenko son dövrlərdə BöyükBritaniya, ABŞ, Litva, Ukrayna, Latviya, Avstraliya və Yaponiyavətəndaşları da daxil olmaqla ümumilikdə 156 nəfəri əfv edib.