AZ

Sumqayıtda 27 yaşlı hamilə qadının komaya düşərək ölməsindəhəhim səhvi var? – Yaxınları DANIŞDIVİDEO

Sumqayıtda 27 yaşlı hamilə qadın xəstəxanada ölüb.

Xezerxeber.az xəbər verir ki, məlumata görə, iki azyaşlı uşaq anası olan Zərifə Əliyeva özünü qəfil pis hiss etdiyi üçün yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlərin ilkin müayinəsi zamanı onun 8 həftəlik əkiz hamilə olduğu müəyyən edilib. Qadının vəziyyətinin stabil olmadığı bildirildiyindən, tibbi qərar əsasında Hamiləliyin süni pozulması həyata keçirilib. Yaxınlarının iddialarına görə, məhz bundan sonra qadının vəziyyəti kəskin şəkildə ağırlaşıb.

Qadının yaxınları bildirirlər ki, xəstəxana rəhbərliyi və tibb personalı əvvəlcə onları vəziyyətin ciddiliyindən xəbərdar etməyib, yalnız daha sonra "başınız sağ olsun" deyərək ölüm xəbərini veriblər.

Ailə baş verənlərdə həkim səhlənkarlığının olduğunu düşünür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
18
1
xezerxeber.az

2Mənbələr