AZ

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir

Bakı, 13 dekabr, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 13-ü saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.

Küləyin maksimal sürəti Qəbələ və Şəkidə 25, Daşkəsəndə 23, İsmayıllıda 22, Mingəçevir və Şahdağda 20, Oğuz, Şamaxı və Qobustanda 18, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Tərtərdə 16, Qaxda saniyədə 15 metrə çatır.

Seçilən
17
26
azertag.az

10Mənbələr