AZ

45 dəqiqədən sonra 6 uşaq anasını həyata qaytaran həkim o andan DANIŞDIVİDEO

Ürəyi dayanan xəstə 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılıb.

Xezerxeber.az xəbər verir ki, hadisə Şirvanda baş verib. Şirvan Mərkəzi Xəstəxanasına bir neçə gün əvvəl hospitalizasiya olunan 37 yaşlı qadına bir sıra diaqnozlar təyin edildikdən sonra o cərrahi əməliyyata alınıb və əməliyyatı uğurla tamamlanıb. Bundan sonra qadının müalicəsi müvafiq şöbədə davam etdirilib. Lakin əməliyyatdan 1 həftə sonra onun vəziyyəti qəfil pisləşib. Pasiyentə Xəstəxana tərəfindən dərhal tibbi müdaxilə edilib və son anadək mübarizə aparılıb.

Pasiyent Sevinc Əliyeva “Xəzər Xəbər”ə bildirib ki, hazırda özünü yaxşı hiss edir. O, bir neçə gündür anası ilə birlikdə yaşayır.

Sevinc Əliyevanın anası isə bildirib ki, qızının ürəyinin dayanmağından onların xəbəri olmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
18
3
xezerxeber.az

4Mənbələr