AZ

“Bu məsələləri prezident həll edir” Kurban Berdıyev istefa verməyə razıdı?

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

Misli premyer-liqasının 15-ci turunda “Turan Tovuz” evdə “Sabah”a məğlub oldu - 1:3. Tovuzluların baş məşqçisi Kurban Berdıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.- Müdafiədə buraxdığımız kobud səhvlərə görə uduzduq. Bunları etməməliydik. Məşqçi səhv etmir desək, yanlış olar. Hər məşqçi səhv edə bilər. İlk hissədə düzülüşümüz düzgün olmadı. “Sabah”a çox boşluq verdik. - Niyə qısa danışırsız? Mən nə yazacam?- Bu futbol terminidi. Fikirlərimi izah etdim.- Sirrinizi soruşmuram. - Nədən danışaq?- Həmişə tovuzlu azarkeşlər yanınızda olub. İndi istefaya səsləyirdi. Berdıyevin kreslosu laxlamaz?- Bu məsələləri prezident həll edir. Hiss edirik ki, azarkeşlərə acı verdik. Həm də utancvericidi. - Rəqib komandanın baş məşqçisi dedi ki, bu meydançada oynamaqla inkişaf olmaz. Bu barədə nə düşünürsüz?- Bu bəhanə deyil. Amma belə meydançada oynamaq olmaz.- “Turan Tovuz”un bu gün oynadığı oyun idi?- Xeyr.MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
icma.az

2Mənbələr